Vaxt.Az

AKP-yə silahlı hücum


 

3 nəfər yaralanıb

AKP-yə silahlı hücum Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) binasına hücum edilib.

Anadolu Xəbər Agentliyinin verdiyi xəbərə görə, PKK terrorçuları binaya əldəqayırma qumbara atıb, iriçaplı silahlardan atəş açıblar.

Hadisə nəticəsində binanın mühafizəsini təmin edən 3 polis əməkdaşı yaralanıb.

Yaralı polis əməkdaşları xəstəxanaya çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb. (APA)

 





31.10.2016    çap et  çap et