Vaxt.Az

«Tüklü» Bakıda gizlənir?


 

Hindistan polisinin axtardığı şəxsin Azərbaycana qaçdığı bildirilir

«Tüklü» Bakıda gizlənir? Hindistan polisi bu ölkədə başqalarının telefon nömrələri üzərindən qanunsuz beynəlxalq telefon danışıqları təşkil etməyə görə axtarışda olan 23 yaşlı Saqar Thakkarın bacısı ilə birlikdə Azərbaycana qaçdığını bildirir.

Virtualaz.org Hindistan KİV-lərinə istinadən xəbər verir ki, polis onun yaratdığı qanunsuz beynəlxalq telefon danışıqlar mərkəzində oktyabrın 4-də axtarış keçirib. Lakin orada deyiblər ki, Thakkar bacısı Reema ilə birlikdə Dubaya qaçıb. Bununla belə polis müəyyən edib ki, ləqəbi «Tüklü» olan telefon dələduzu Azərbaycana qaçıb və hazırda oradadır.

Thakkar Əhmədabad əyalətində fəaliyyət göstərən 10 nəfərlik qruplaşmanın rəhbərki olub. Qruplaşmanın daha üç üzvünün Tailanda qaçdığı bildirilir. Thakkarı Amerika ədliyyəsi də axtarır. ABŞ-da ona qarşı iki ayrı ittiham irəli sürülüb. İttihama əsasən Thakkarın əməllərindən Şimali Karolina və Texas ştatlarının sakinləri də zərər çəkib.

 





31.10.2016    çap et  çap et