Vaxt.Az

Azərbaycanlı namizəddən etiraz


 

Əhməd İmamquliyev: «Şevardnadze dönəmindən sonra Marneulidə belə ləyaqətsiz seçki keçirilməyib»

Azərbaycanlı namizəddən etiraz «Şevardnadze dönəmindən sonra Marneulidə belə ləyaqətsiz seçki keçirilməyib». Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Vahid Milli Hərəkat Partiyasının Marneuli rayonundan olan əslən azərbaycanlı namizədi Əhməd İmamquliyev söyləyib. Onun sözlərinə görə, Marneulidə keçirilən seçki saxtakarlıq və hədə-qorxu ilə yadda qaldı:

««Gürcü Arzusu» qələbəyə layiq deyildi. Bizim mübarizəmiz davam edir. Biz Bidzina İvanişvili ilə mübarizə aparan yeganə gücük. Rejimlə savaşımızı davam etdirəcəyik. Bu seçkinin legitimliyini qəbul etmirik» (Axar.az).

Qeyd edək ki, dünən Marneulidə Gürcüstan parlament seçkisinin II turu keçirilib. Seçkidə Gürcü Arzusu Partiyasının namizədi Tamaz Naveriani qalib gəlib. O, əsas rəqibi Əhməd İmamquliyevi az qala 50 faiz səslə qabaqlamağı bacarıb.

Oktyabrın 8-də Gürcüstan parlamentinə keçirilən seçkilərin I turunda Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd irəli sürülən Əhməd İmamquliyev səsvermə zamanı 48,11 faiz, Gürcü Arzusunun namizədi Tamaz Naveriani isə 43,43 faiz səs toplamışdı.

 





31.10.2016    çap et  çap et