Vaxt.Az

«Elçibəylə bağlı cinayət işi bağlanır»


 

Almurad Əliyev: «Müraciətə cavab veriləcək»

«Elçibəylə bağlı cinayət işi bağlanır» «Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı qaldırılan cinayət işi çox güman ki, dayandırılacaq». Bu sözləriModern.az saytına açıqlamasında mərhum prezidentin qardaşı Almurad Əliyev proseslə bağlı son gəlişmələr barədə danışarkən məlumat verib. Almurad Əliyevin sözlərinə görə, istintaq işində elə də ciddi dəyişiklik yoxdur: «15-20 gün olar ki, məsələdən xəbərim yoxdur. İstintaq işində də elə bir ciddi şey yoxdur. Ailə üzvləri də cinayət işinin dayandırılması ilə bağlı Baş Prokurorluğa müraciət edəndə baş prokuror dedi ki, «istintaq gedir».A.Əliyev həmçinin eks-prezidentin ailə üzvlərinin Baş Prokurorluğa müraciətinin nəticəsi ilə bağlı məlumatsız olduğunu bildirib. «Bizim müraciətə də baxılıb-baxılmamasından xəbərim yoxdur. Müraciətə yəqin ki, cavab veriləcək. Son vəziyyətə görə, mənə elə gəlir ki, istintaq işinə xitam veriləcək»-deyə o, qeyd edib.
Qeyd edək ki, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin ailə üzvləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna mərhum prezidentin məzarının açılması istiqamətində son zamanlar gedən müzakirələr və başlanmış cinayət işinin dayandırılması tələb ediblər. Müraciətdə qeyd olunub ki, Əbülfəz bəyin adının və məzarının ətrafında aparılan spekulyasiyaları və siyasi oyunları pisləyirlər. «Biz Elçibəyin ölüm səbəbi ilə bağlı açılmış cinayət işinin dərhal dayandrılmasını tələb edir, Elçibəyin ruhunun narahat edilməməsini hər kəsdən xahiş edirik!»-deyə müraciətinin sonunda vurğulanır.
 





31.12.2012    çap et  çap et