Bu fraksiyanın mahiyyətini doğru analiz etmək üçün İranda seçki sistemini barədə dəqiq məlumata sahib olmaq lazımdır. Belə ki, İranda millət vəkilliyinə namizəd olmaq üçün 12 nəfərdən ibarət nəzarət şurası tərəfindən təsdiqlənməlisən. Yəni yalnız rejimin razılığını alanlar namizəd olaraq seçkiyə qatıla bilərlər. Yəni İran hakimiyyətinin əvvəlcədən müəyyən etdiyi şəxslər millət vəkili seçilirlər.
Sual oluna bilər ki, qapalı ölkədə, bir nəfərin əmriylə idarə olunan rejimə qarşı əksəriyyəti İran hakimiyyətinin özü tərəfindən seçilən 100 nəfərlik fraksiya hansı üstünlük saxlamış olacaq?
1. Bu fraksiyanın yaranması Güney Azərbaycan milli hərəkətinin milli fəallarının iddiasız mübarizəsinin bir nəticəsidir. Fars hökuməti milli fəallarla bacara bilmədiyi üçün ən yüksək səviyyəli qanunverici orqanda belə bir qurumun yaranmasına razılıq verdi. Baxmayaraq ki, bunu da Güney Azərbaycanda rejimin razılığı ilə seçilən vəkillərlə məhdudlaşdırdı.
2. İllərlə «Siz azərisiz» deyən hakimiyyət artıq bizim Türk olduğumuzu qəbullanmaq məcburiyyətində qaldı. Bu isə millətimiz üçün tarixi bir nailiyyətdir.
3. Bu fraksiya özəlliklə hökumətin Azərbaycana qarşı ayrı seçkilik iqtisadi-siyasətini aşkara çıxarmaqda və bu siyasətə qarşı nisbi başarıları əldə edəcəyi ehtimal edilir.
4. Güneyli milli-mədəni fəallar haqsız yerə zindanlarda işgəncələrlə məruz qaldıqları zaman adıçəkilən fraksiya xalqda çəkinərək gözdən pərdə asmaq siyasəti nümayiş etdirə bilməyəcklər. Bu olarsa belə, hakimiyyətin basqısı ilə olduğu daha da dəqiqləşəcək.
5. Rejim hər nə qədər Azərbaycan adını silmək istəsə də, İranda Türklər Azərbaycan mərkəzli hərəkət edirlər və bu fəaliyyət rejimin ali qanunverici orqanında da davam edəcək.
Bundan sonra həbsdə olan milli fəallarımızın azadlığı bizim öhdəmizə düşür. Necə deyərlər, yalançını evinə kimi qovmaq məcburiyyətindəyik.