Vaxt.Az

Dünya nədən qorxur?


 

Rəqəmlərin dili ilə

Dünya nədən qorxur? «İPSOS Mori» araşdırma şirkəti tərəfindən «Dünyanı nə qorxudur?» başlıqlı araşdırması yayımlanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın bir neçə ölkəsindən sorğuya qatılanlara, «Sizi ən çox narahat edən nədir?» sualı ünvanlanıb.

Sorğuda 25 ölkədən 65 yaşa qədər olan insanlar online iştirak edib. Türkiyə terrorizm qorxusunun ən çox yaşandığı ölkə olaraq diqqət çəkib.

Cavablarda hər ölkədə fərqli qorxular olduğu ortaya çıxıb. Terrorizm qorxusu Türkiyə ilə yanaşı Fransa və ABŞ-da da ciddi narahatlıq səbəbidir. Bu göstərici Türkiyədə 76 faizdir.

Türkiyəni 55 faizlə Fransa, 45 faizlə İsrail, 38 faizlə Belçika və 35 faizlə ABŞ izləyib.

Araşdırmada işsizlik qorxusunun İspaniyada çox olduğu göstərilib. Respondentlərin 74 faizi bu qənaətdədir.

Modern.az sorğuda iştirak edən başlıca ölkələrin qorxuları üzrə statistikanı təqdim edir.

İşsizlik qorxusu: İspaniya 74 faiz, İtaliya 66 faiz, Avstraliya 38 faiz

Kasıblıq qorxusu: Rusiya 57 faiz, Almaniya 45 faiz, Yaponiya 39 faiz

Şiddət qorxusu: Meksika 60 faiz

Əxlaq pozğunluğu qorxusu: Çin 43 faiz

Qaçqın qorxusu: İngiltərə 42 faiz

 





31.10.2016    çap et  çap et