Vaxt.Az
«Hələbdə humanitar böhran yaşanır»
ABŞ sözçüsü: «Rusiya Suriyada vətəndaş müharibəsi oduna benzin tökür»
«Hələbdə vəziyyət faciəvidir. Orada humanitar böhran yaşanır». Bunu Bakıda ABŞ-ın müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter bəyan edib.
«Düşünürük ki, Rusiyanın hərbi müdaxiləsi
vətəndaş müharibəsi oduna benzin tökməkdir. Biz rusiyalı həmkarlarımızla bu məsələni
həll etmək istiqamətində işləməyə çalışırıq. Regionda sülh və təhlükəsizliyin təminatı
üçün işləməyə davam edəcəyik», - deyə o bildirib.
01.11.2016 çap et