Ronald Uayn «Apple Computer» qurucularından biri və 10 faizinin səhmdarı idi. Ancaq Uaynın «Apple» macərası çox qısa davam etdi və o öz hissələrini 800 dollar dəyərində sataraq kənara çəkildi. Bu gün birjada onun səhmlərinin nə az-nə çox, 62.93 milyard dollar dəyəri var.
40 il əvvəl «Apple» qurulanda Stiv Cobs marketinq və şirkətin viziyonu ilə, Vozniak mühəndislik və xakerlik ilə məşğul olurdu. Ronald Uayn isə «Apple»nin ilk loqosunun yaradıcısı idi. O, həm də ortaqlar arasında imzalanan anlaşma mətninin də müəllifi idi.
Onun gördüyü işlər «Apple» üçün çox lazımlı idi. Vozniak öz avtobioqrafiyasında «Ron şirkətin qurulduğu ilk günlərdə inkişaf etməyimiz üçün böyük rol oynamışdı», - deyir.
Ronald bu işə qoşulanda 38 yaşı var idi və ortaqlarından daha təcrübəli idi. Onların iştahası və istedadına öz təcrübəsi və hüquqi prosedurlara hakim olması ilə köməklik edirdi. Ancaq Uayn verdiyi açıqlamaların birində Steve Jobs ilə işləməyin çətin və yorucu olduğunu demişdi.
Ronald Uayn «Apple Computers»dən ayrıldığı il şirkət 174.000 dollar qazanc əldə edir. Bir il sonra isə 2.7 milyon dollar qazanırlar. 1982-ci ildə, yəni 6 il sonra şirkətin dəyəri 1 milyard dollara çatmışdı. Əgər «Apple» şirkətinin bu gün dəyəri ilə müqayisə etsək onun 800 dollara satdığı hissələrinin dəyəri 58 milyard dollardan daha çoxdur.
Onun «Apple» ilə bağlı şansızlığı bununla da bitmir. 1990-cu illərin əvvəlində, 1976-cı ildə Cobs, Vozniak və öz imzası olan müqaviləni 500 dollara satmışdı. Həmin sənəd 2011-ci ildə hərracda 1.6 milyon dollara satılıb.