Vaxt.Az

İƏT-in baş katibi istefa verib


 

Sabiq mədəniyyət nazirinin səhhətində problemlər var

İƏT-in baş katibi istefa verib İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Mədəni vəzifəsindən istefa verib. Bu barədə xəbəri «Əl-Ərəbiyə» telekanalı yayıb. Məlumata əsasən, İyad Mədəni səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa verməyi qərara alıb.

Ötən həftə mətbuat konfransında çıxış edən İyad  Mədəni Misir prezidenti Əs-Sisini Tunisin dövlət başçısı ilə səhv salıb.

«Əminəm ki, sizin soyuducunuzda sudan başqa daha nə isə var »,  yanlışlığını zarafatla düzəltmək istəyən  İyad  Mədəni Tunis prezidenti Beji Kaid əs-Sebsiyə deyib. Bu sözlərə görə İslam Əməkdaşlıq Təşkilatının baş katibi tənqid atəşinə tuş gəlib.

Qeyd edək ki, bir müddət əvvəl Şərm-əş-Şeyxdə gənclər qarşısında çıxış edən Misir prezidenti Əbdülfəttah Əs-Sisi 10 il ərzində soyuducusunda yalnız suyun yer aldığını bildirib. 

Səudiyyə Ərəbistanının sabiq Mədəniyyət naziri İyad Mədəni 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib.

 





01.11.2016    çap et  çap et