Vaxt.Az
Soyuqdan donan ağ ayı
Günün lətifəsi
Bakıda havaların kəskin soyumasına baxmayaraq, «Azəriqaz» İstehsalat Birliyinin hələ də yay rejimində çalışması, əhaliyə verilən qazın təzyiqini artırmaması cəmiyyətdə etirazlarla qarşılandı. Məsləyə hətta bəzi millət vəkilləri və ictimai xadimlər də reaksiya verdi. Cəmiyyət SOCAR-ın Gürcüstandakı erməni kilsəsinə qaz verib, Azərbaycandakı əhalini soyuqdan dondurmasına, o cümlədən adıçəkilən qurumun rəhbəri Rövnəq Abdullayevin qazın təzyiqinin aşağı olması ilə bağlı ona ünvanlanan suala «camaat qazın «xod»unu almaq əvəzinə, pəncərələri açır» kimi açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Hətta deyərdik ki, ictimaiyyət buna istehza ilə yanaşdı.
Mətbuatın davamlı olaraq qabartdığı məsələnin
aktuallığını nəzərə alaraq, gündəmlə səsləşən bir lətifəni oxucuların diqqətinə
çatdırırıq.
Bir gün balaca şimal ayısı atasının
yanına gəlir:
- Ata, mən doğrudan şimal ayısıyam.
- Əlbəttə.
- Allah, Allah, - deyib gedir.
Balaca sonra o biri otaqda anasının yanına
gedir:
- Ana, mən doğrudan qütb ayısıyam? Bəlkə
sən atama xəyanət....
- O nə sözdür? Sus! Atan eşitsə ikimizi
də öldürər. Əlbəttə şimal ayısısan və atanın oğlusan.
- Allah, Allah.
Balaca yenə atasının yanına qayıdır:
- Ata, bəlkə, körpəlikdə siz məni
övladlığa götürmüsün...?
- Yenə nə gic-gic danışırsan. Sən ağ
ayısan və bizim oğlumuzsan.
- Yaxşı bəs onda mənə niyə soyuqdur? Donuram
axı...
01.11.2016 çap et