ABŞ-da prezident seçkiləri üçün vaxtından əvvəl səsvermə prosesi davam edir. Belə bir vəziyyətdə FBI (Federal Təhlükəsizlik Bürosu) Klintona məxsus olduğu iddia edilən təxminən 650 min e-poçtun araşdırılmasına icazə verib. Demokratların namizədinə seçkilərin yaxınlaşdığı bir vaxtda bu böyük sürpriz olub.
«Avropa Gündəliyi» xarici mətbuata istinadən xəbər verir ki, istintaqın nə qədər davam edəcəyi və bu vəziyyətin Klintonun səs nisbətini təsir edib-etməyəcəyi isə bilinmir.
Seçicilərdən biri qeyd edib ki, bu vəziyyət Klintonun səs nisbətinə təsir edəcək.
«Xahiş edirəm, Klintondan əl çəksinlər. E-məktublarda böyük sirlər yoxdur. Onu rahat buraxın. Əgər Tramp prezident seçilərsə, mən Afrikaya geri qayıdacağam».
Bu ilki Cadugərlər Bayramında mövzu təbii ki prezident seçkisidir. Kostyumlarda xüsusilə Trampın təsviri üstünlük təşkil edib. Seçicilər bayram şənliyində Trampı əks edən maskalar taxıblar.
çap et