5 yaşından aşağı 10 mindən çox uşaq isə qarşısı alına bilən yoluxucu xəstəliklərdən həlak olub. Ölüm hallarının çoxu peyvənd və müalicənin olmamasına görə baş verib.
Ötən il Yəməndə müharibə başlayandan bəri ərzaq qiymətləri 20 faiz artıb və Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada ölkəyə ərzaq gətirilməsini çətinləşdirib. Ölkə münaqişədən öncə ərzaq ehtiyatının 90 faizini idxal edirdi.
Obrayan habelə Yəməndə vəba xəstəliyinin yayılmağa başlamasına dair xəbərdarlıq edib.
BMT və humanitar yardım tərəfdaşları ölkədə 21 vəba müalicə mərkəzi təsis etsə də, bu, xəstəliyin yayılmasının qarşısını almaq üçün yetərli olmaya bilər.