Vaxt.Az

«Dəmir at»la zirvələri fəth edən azərbaycanlı


 

Ramil Ziyadov 3 ilə 45 min km məsafə qət edib (fotolar)

«Dəmir at»la zirvələri fəth edən azərbaycanlı Məşhur azərbaycanlı velosəyahətçi Ramil Ziyadov «dəmir at» üzərində dünya səyahətini davam etdirir. «Trend» xəbər verir ki, R.Ziyadov Cənubi Amerikaya çatan ilk azərbaycanlı olub. O, Kolumbiya və Ekvadordan keçərək, Peruya gəlib. Hazırda Ramil Peruda And dağları boyunca səyahətini davam etdirir. O, 5059 metr hündürlüyü olan Uayrakkasa, eləcə də Çonta və digər zirvələri fəth edib.

R.Ziyadov postsovet ölkələrindən bu zirvələrə velosipedlə çıxan yeganə velosipedçi olub.  Fəth etdiyi zirvələrdə o, Azərbaycan bayrağını dalğalandırıb və bunu 9 noyabr Bayraq gününə həsr edib.

R.Ziyadov dünya səyahətinə 2014-cü il yanvarın 10-da başlayıb. Bu müddətdə o, Gürcüstan, Rusiya, Yunanıstan, Misir, Türkiyə də daxil olmaqla bir neçə ölkədən keçərək 45 min kilometr məsafə qət edib.

 Bundan əvvəl, 2013-cü ildə də, R.Ziyadov beş ölkənin - Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Çin ərazisindən keçməklə 15 min kilometr məsafə qət etmişdi.

 





02.11.2016    çap et  çap et