Suriya prezidenti, həmçinin, qeyd edib ki, hökumət qüvvələri münaqişədə qalib gəlməyincə ölkədə hər-hansı siyasi dəyişikliklərin baş verməsi mümkünsüzdür.
«Suriyada hazırda ictimai quruluşun vəziyyəti münaqişədən əvvəlki dövrdən daha yaxşıdır», - deyə Əsəd qeyd edib.
Qeyd edək ki, Bəşər Əsəd ilk dəfə 2000-ci ildə 97,3 faiz səs toplayaraq Suriya prezidenti seçilib. O, 2007-ci ildə ikinci (97,62 faiz), 2014-cü ildə üçüncü dəfə (88,7 faiz ) dövlət rəhbəri seçilib.
Suriyada prezidentlik müddəti 7 ildir.