Vaxt.Az

WhatsApp-da yeni virus yayılıb


 

Ehtiyatlı olun!

WhatsApp-da yeni virus yayılıb «WhatsApp» messencerində yeni virus yayılıb. Vaxt.az oxu.az-a istinadən bildirir ki, virus linkə keçid aldıqdan sonra istifadəçinin şəxsi məlumatlarını (foto, video, login və parollar) toplayır.

Əgər sizə belə ismarıc gəlibsə daha diqqətli olun:

«Поздравляем! Ваш номер телефона +ХХ ХХХ ХХ ХХ был случайно выбран счастливчиком сегодняшнего дня. У вас есть 1 (один) невостребованный приз. Требуйте его немедленно!».

Mükafat qazandığınız barədə ismarıc almısınızsa sevinməyə tələsməyin. İsmarıcı açsanız şəxsi məlumatlarınızın hakerlərin əlinə keçə bilər.

Sürətlə yayılan virusun qarşısının alınması üçün «Whatsapp» istifadəçiləri diqqətli olmalıdırlar.

Qeyd edək ki, son vaxtlar sözügedən şəbəkədə bir neçə oxşar virus növləri yayılıb.

 





02.11.2016    çap et  çap et