Vaxt.Az

İŞİD lideri hələ də Mosuldadır


 

Azad etmə əməliyyatının sürəti körpünü partladılmasından asılıdır

İŞİD lideri hələ də Mosuldadır İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkir əl-Bağdadi hələ də İraqın Mosul şəhəri ərazisindədir. Bu barədə «İndependent» xəbər yayıb.

İraq Kürdüstanının rəsmisi Fuad Hüseyn nəşrə müsahibəsində bildirib ki, hökumət bir sıra informasiyalar əsasında Bağdadinin hələ də İraqda olduğunu güman edir. Onun sözlərinə görə, əgər terror qruplaşmasının rəhbəri öldürülsə, bu, İŞİD-in sonu olacaq.

Hüseyn qeyd edib ki, İŞİD rəhbərinin Mosulda olması şəhərin silahlılardan azad edilməsini yubada bilər. O, həmçinin qeyd edib ki, Mosulun azad edilməsi əməliyyatının sürəti bir çox faktorlardan, xüsusən silahlıların Tiqr çayı üzərindəki körpünü partlatmalarından asılıdır.

Qeyd edək ki, Mosulun azad edilməsi əməliyyatı oktyabrın 17-də, gecə saatlarında başlayıb. İraqın hərbi qüvvələri və polisi ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın aviasiyasının dəstəyi ilə şəhər üzərinə güclü hücuma başlayıb.

 





02.11.2016    çap et  çap et