Vaxt.Az

Güney Azərbaycan PKK-nın hədəfindədir


 

Fars rejimi terror təşkilatının İrandakı qolunu bəsləyir

Güney Azərbaycan PKK-nın hədəfindədir Güney Azərbaycan milli hərəkatı deyiləndə ilk ağla gələn 30 milyonluq bir azərbaycanlının milli kimliyinin yox edilməsinə qarşı millətimizin özünə dönüş və öz külündən dirilmək istəydir. Daha çox bilinən mövzu dilimizin yasaqlandığı və mədəniyyətimizin məhv edilməyimizə qarşıdır. Amma çox səsləndirilməyən və bilinməyən bir təhlükə ilə üz-üzə, hətta iç-içəyik. İranın fars hökuməti torpaqlarımızda göz görə-görə PJAK (PKK-nın İran qolu) terrorçularını bəsləməkdədir və biz artıq sadəcə fars işğalçılığı və istismarı ilə mübarizə aparmırıq. Həm də Kürdləri qoruduğunu iddia edən, PKK-nın rəsmi İran qolu olaraq bilinən, əslində isə Güney Azərbaycanın qərb bölgəsində silahlı qruplaşma kimi fəaliyyət göstərən terror təşkilatı təhlükəsinə müqavimət göstərmək məcburiyyətindəyik. Anlayacağınız İran fars hökuməti Güney Azərbaycan milli oyanışına qarşı Azərbaycanın ürəyinin ortasında PJAK-ı bəsləyərək, bizimlə üz-üzə qoyur. Əslində deməliyəm ki, PJAK İran hökumətinin və terror qruplarının ortaq əsgəri bazasıdır. Özü də Güney Azərbaycanda… Necə və niyə deyə soruşacaqsız… Haqlısız...

Güney Azərbaycanın qərb bölgəsi bugünkü rəsmi adıyla Qərbi Azərbaycan rayonu  rəsmən İran sərhədləri içərisində yerləşir. Bu bölgə Güney Azərbaycanın tarixi torpaqları olan Makı, Çaypara, Qotur, Xoy, Salmas, Urmiya (Urmu ), Sulduz, Qoşaçay, Sayınqala, Tikantəpə çizgisi üzərindədir. Bu bölgənin ən  böyük şəhəri və mərkəzi  olan Urmu , PJAK-ın gələcəkdə qurmasını vəd etdikləri kürdüstanın dördüncü parçasının mərkəzi və paytaxtı olaraq elan edilib. Onlar da bu istiqamətdə silahlı mübarizə aparırlar. Iraqda avtonom bir hökumət quran, Suriyada sözü keçən savaş tərəflərindən biri  olan PKK-nın qolları Türkiyədə də terrora əsaslanıb, onlar siyasət meydanından istifadə edərək iradələrini yeritməyə çalışırlar və bu bölgədə sözləri keçir. Növbədə hədəfləri «kürdüstanın dördüncü parçasında» da onların söz sahibi olmasıdır. Bu parça isə Güneyin gözüdür, Türkiyə ilə Güney Azərbaycanı bir birinə bağlayan bölgədir. Bunu görməzdən gəlmək olmaz, artıq Kürdlərin bu terror qrupları siyası olaraq bölgəyə təsir edə bilir.

Suriya və İraqda Türkmənlərin yaşadığı acı təcrübələrin eynisi Qərbi Azərbaycan torpaqları üçün də planlanlaşdırılır. Bu qruplar Qərbi AZƏRBAYCANIN «Kürdüstan» olmasını iddia edir və bu iddianı əsaslandırmaq üçün də o bölgəni Azərbaycan  Türklərindən boşaltmaq üçün təşkilatlanıblar. İran mərkəzi hakimiyyəti bu bölgənin demoqrafik quruluşunu terror qruplarının istəyinə uyğun  dəyişdirməkdədir. Çünki bu fars rejiminin özünə də sərf edir. Mərkəzi hakimiyyət bütün gücünü səfərbər edərək  PJAK-ı məqsədyönlü şəkildə Qərbi Azərbaycanda bəsləyir.

Buna bir neçə sübut da göstərmək olar…

- PJAK düşərgələrinin Qərbi Azərbaycanda İran dövlətinin icazəsilə qurulması yerli əhali tərəfindən bilinən və görünən gərçəkdir.

Örnək üçün şah rejimi dönəmində - 1975 illərdə, 300 min Iraq kürdü Qərbi Azərbaycanda yerləşdirildi. 

Eyni şəkildə 1988 ilində 20.000 kürd bölgəyə köçürülüb.

Başqa bir önəmli örnək; 1991-ci ildə, sadəcə bir il boyunca 600.000 İraq kürdü hökumət tərəfindən Qərbi Azərbaycana yerləşdirilib.

Diqqət çəkici olan detal budur ki, Səddam zülmündən qaçan Türkmənlərdən bir nəfər belə  Qərbi Azərbaycanda yerləşdirilməyib və daha da önəmli olan Türkmənlər şiəlik mərkəzi olaraq bilinən Məşhəd və Qumda yerləşdirilib, molla təhsili sisteminə cəlb olunublar.

Belə sual yarana bilər ki, kürdün Azərbaycanda yaşama haqqı yoxdurmu?!

Təbii ki, var. Azərbaycanda Türklər say etibarilə üstünlük təşkil etsələr də, bütün etnik qruplar bu bölgədə bərabər yaşamaq haqqına sahibdilər. İllərdir aramızda yaşayan kürdlərə mənfi münasibət göstərsəydik, zatən bu torpaqlarda yaşaya bilməzdilər. Amma heç bir qrupun burda süni şəkildə nüfuz çoxaldıb, bu torpaqların yerlilərini qətliam etmək və bu torpaqların adını dəyişdirmək niyyətinə xoş baxa bilmərik. 

Qeyd etdiyim kimi əhalinin süni şəkildə artırılması, yerli xalq arasında terror əsdirib, torpaq qəsb etmə təşəbbüslərinə də İran rejimi göz yumur, deməli dəstək verir. O ki, qaldı PKK və bu terror təşkilatını qolları kimi fəaliyyət göstərən digər qruplaşmalar da, Azərbaycan torpaqlarına olan iddialarını və niyyətlərini gizlətmək ehtiyacı hiss etmirlər. Bunu açıq bir şəkildə yayır, təbliğatını aparırlar. 

Bu yazının davamı var… (Araninfo.az)

 





02.11.2016    çap et  çap et