Müxbir «Ərdoğan azad mətbuatın tabutuna son mismarı vurur» adlı məqaləsində yazır: İyul ayında baş tutmamış hərbi çevriliş cəhdindən bəri artıq aylardır ki, türklər insan və vətəndaş haqlarının kütləvi pozulmasını yaşayırlar.
«Lakin bazar ertəsi baş vermiş hadisə əvvəlkilərdən fərqli idi» - yazır Skott.
Məqalədə deyilir ki, həmin səhər sübh çağı Türkiyənin ən qədim və ən uca səsli qəzeti Cümhuriyyət üçün işləyən bir neçə jurnalist evlərində həbs edilib. Onlara qarşı «terrora dəstək» ittihamı irəli sürülüb. Daha beş jurnalistin həbsi üçün order verilib.
««Hər gün Türkiyədən daha bir pis xəbər gəlir». «Financial Times» qəzetinin müxbiri Alev Scott yazır ki, bu sözlər onun İstanbulda yaşayan rəfiqəsinə aiddir.
Müxbir «Ərdoğan azad mətbuatın tabutuna son mismarı vurur» adlı məqaləsində yazır: İyul ayında baş tutmamış hərbi çevriliş cəhdindən bəri artıq aylardır ki, türklər insan və vətəndaş haqlarının kütləvi pozulmasını yaşayırlar.
«Lakin bazar ertəsi baş vermiş hadisə əvvəlkilərdən fərqli idi» - yazır Skott.
Məqalədə deyilir ki, həmin səhər sübh çağı Türkiyənin ən qədim və ən uca səsli qəzeti Cümhuriyyət üçün işləyən bir neçə jurnalist evlərində həbs edilib. Onlara qarşı «terrora dəstək» ittihamı irəli sürülüb. Daha beş jurnalistin həbsi üçün order verilib.
«Biz buna təəccüblənməməliyik, - yazır «Türk oyanışı» kitabının müəllifi Alev Scott, - Prezident Rəcəb Tayyib Ərdoğanın hökuməti son bir neçə ayda davam edən siyasi repressiyalarının əsnasında 185 media qurumunu bağlayıb və 100-dən çox jurnalisti həbs edib...»
Jurnalist yazır ki, illər boyu hökuməti tənqid etdiyinə görə Cümhuriyyətin bir gün atəş xəttinə düşəcəyi qaçılmaz idi.
Amma buna baxmayaraq iyul ayından bəri mətbuat azadlığının aşılanması dövründə, əslində 2013-cü ildə baş vermiş «Gezi Park» etirazlarından bəri bu xəbərin emosional zərbəsi qədər güclü zərbə olmayıb.
Məqalədə deyilir ki, bu qəzetin Türkiyə üçün sosial əhəmiyyəti ölçüyəgəlməzdir.
1924-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi altında nəşrə başlamış qəzetin adı - «respublikadır».
Az qala yüz ilə yaxın bir dövrdə qəzet respublikanın dünyəvi dəyərlərini təmsil edib.
Bu qəzetin əsasən sol təmayüllü oxucu kütləsi özünü, getdikcə daha avtoritar olan islamçı Ədalət və İnkişaf Partiyasının hakimiyyəti altında mövcudluğunu dayandırmış Türkiyə modeli ilə bağlayır.
Skott yazır ki, bu qəzet çətin indiki siyasi və maliyyə şəraitində çox yaşasın.
Artıq neçə aylardır ki, heç bir şirkət cəsarət edib öz reklamını bu qəzetin səhifələrində dərc etdirmir.
«Mən altı ay bundan əvvəl qəzetin keçmiş redaktoru Can Dündardan müsahibə alanda o demişdi ki, bu qəzet yüksək ruh və adrenalinin üstündə dərc olunur, - yazır jurnalist, - O mənə bildirmişdi ki, o və həmkarları demək olar maaş almırlar. «Bu qəzet respublikanın özü qədər qocadır, - demişdi Dündar, onu bağlamaq asan olmayacaq».
İndi Dündar «dövlət sirlərini» yaydığına görə 5 il müddətinə azadlıqdan məhrum edildikdən sonra sürgündə, ondan sonrakı redaktor isə həbsxanadadır.
Skott yazır ki, qəzetin bazar ertəsi sayının birinci səhifəsində «Biz təslim olmayacağıq» yazılsa da, çox güman ki Cümhuriyyət də terrorizmdə ittiham edilmiş başqa nəşrlərin və agentliklərin taleyini yaşayacaq.
Ən kədərlisi isə budur ki, vaxtilə Cümhuriyyət cənab Ərdoğanla onun indiki qanlı düşməni Fətullah Gülən arasındakı ittifaqın ən kəskin tənqidçisi olub.
«Başqa vaxt olsaydı Cümhuriyyəti gülənçi şəbəkə ilə bağlamaq çox gülünc səslənərdi» - yazır Alev Skott.
Jurnalistin fikrincə Türkiyədə müxalif mətbuatın başına gələnlər belə bir acı həqiqəti də əks etdirir ki, hətta demokratik yolla seçilmiş hökumətin də davranışı demokratik olmaya da bilər, ələlxüsus da seçicilərə yalnız hökumətin nəzarətində olan qəzetlər və xəbər agentliklərinin süzgəcindən keçən məlumatlar verilirsə.
Alev Skott yazır ki, Ərdoğan populyardır. Onun partiyasına ötən noyabrda səslərin 49 faizi verilib. Lakin populyar hakimiyyət qanunun aliliyi olmadan tiranlığa çevrilir. Bu gün Türkiyədə sözün həqiqi mənasında qanunun hakimiyyəti yoxdur.
« Cümhuriyyət qəzetinin gözlənilən süqutu köhnə dostun ölümü kimidir» - yazır jurnalist.
***
«The İndependent» qəzeti də Türkiyədən söz açır. Məqalədə deyilir ki, Türkiyənin baş naziri Binəli İldırım ölkədə ölüm cəzasının «məhdud tədbir» kimi bərpasının mümkün olduğunu bildirib.
Baş nazirin sözlərinə görə bunun üçün siyasi partiyalar arasında razılaşma əldə olunmalıdır.
«Əgər ən yüksək cəza barəsində razılaşma əldə edilsə, onda bu cəzadan məhdud tədbir kimi istifadə oluna bilər - deyib baş nazir, - Lakin biz xalqın tələblərini eşitməməzliyə vurmayacağıq».
Binəli İldırım hakim AKP-dən olan millət vəkillərinin qarşısında çıxış edirdi.
«The İndependent» yazır ki, Türkiyədə 1984-cü ildən bu yana ölüm cəzası icra edilməyib və ölkə 2002-ci ildə Avropa İttifaqına üzvlük danışqılarına hazırlıq çərçivəsində bu cəza növünü rəsmən ləğv edib.
Bu arada Almaniya və Avropa İttifaqına üzv olan ölkələr qəti şəkildə bildiriblər ki, Türkiyədə ölüm cəzasının bərpası Ankaranın Avropa İttifaqına üzv olmaq ambisiyalarının sonu olacaq.
Üç gün bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan demişdi ki, parlamentdə ölüm cəzasının bərpası məsələsinə baxılmasını rica edəcək.
O əmin olduğunu bildirmişdi ki, hökumətin təklifi ilə veriləcək belə bir qanun layihəsi parlament səsverməsindən keçəcək. Ərdoğan demişdi ki, belə bir hal baş verərsə, o, həmin qanuna dərhal imza atacaq.
Türkiyədə ötən iyulda baş vermiş uğursuz çevriliş cəhdinin ardınca 35 min nəfər həbs edilib və daha 100 min nəfər işindən qovulub.
Bu adamların əksəriyyəti ABŞ-da yaşayan müsəlman vaiz Fətullah Gülənin təşkilatı ilə əlaqədə olmaqda ittiham edilirlər.
Baş nazir Binəli İldırım əmin etməyə çalışıb ki, ölüm cəzası bərpa olunarsa, çevriliş cəhdində iştiraka görə həbs edilənlərin heç birinə şamil edilməyəcək.
Başqa sözlərlərlə qanundan retrospektiv şəkildə istifadə olunmayacaq.
Binəli İldırım habelə daha 15 media qurumunun bağlanması ilə əlaqədar Qərbin tənqidlərini də cavabsız buraxmayıb.
O deyib ki, bu media qurumları terrorçu təşkilatlar və Fətullah Gülənlə bağlı olduqlarına görə qapadılıb.
Xəbər verilir ki, Türkiyədə müxalifyönlü Cümhuriyyət qəzetinin azı 13 əməkdaşı saxlanıb.
Cənab İldırım deyib ki, Türkiyə «mətbuat azadlığını sonadək qoruyacaq» və Avropa İttifaqının ona dərs deməsinə ehtiyac yoxdur.