Vaxt.Az

Atme çadır şəhəriciyi palçığa qərq olub


 

Suriyadakı qaçqın düşərgəsini su basıb

Atme çadır şəhəriciyi palçığa qərq olub Suriyanın şimalında müharibədən qaçan suriyalıların qurduğu çadır şəhərciyi şiddətli külək və yağışa görə su altında qalıb.

Vaxt.az Anadolu agentliyinə istinadən xəbər verir ki,  yağış suları İdlibin şimalındakı Türkiyə sərhədinə yaxın Atme çadır şəhərini palçığa qərq edib. Çadır şəhərciyinin sakinləri qışın yaxınlaşması ilə soyuqla bərabər yağış suları və palçıqla mübarizə etmək məcburiyyətində qalıb. Uşaqlar ayaqyalın palçıq içində  isinməyə çalışırlar.

 





02.11.2016    çap et  çap et