Türkiyənin «Ziraat Bankası» Azərbaycanda tərəfdaşlıq etdiyi «Azər-Türk Bank»ı satışa çıxarır.Bu barədə «Ziraat Bankası»nın baş direktoru Hüseyn Aydın Türkiyədə keçiridiyi mətbuat konfransında danışıb. Direktorun sözlərinə görə, Azərbaycanda ortaq olduqları bankı satmağı düşünürlər. H.Aydın«Tərəfdaşlıqdan yavaş-yavaş çəkilməyi və bankı Azərbaycan Maliyyə Nazirliyinə satmağı düşünürük. Yaxın günlərdə satışın tamamlanması planlaşdırılır»,- deyib .
Qeyd edək ki, «Ziraat Bankası»nın Azərbaycanda «Azər-Türk Bank»da səhmləri mövcuddur.
Ölkədəki «Ziraat Bank Azərbaycan» isə tam olaraq Türkiyənin «Ziraat Bankası»na məxsusdur.
çap et