Vaxt.Az

Ohanyanın arvadının kabineti əlindən alındı


 

Ruzanna Xaçaturyanı qovan səhiyyə naziri tutuquşu işə ilə gəlir

Ohanyanın arvadının kabineti əlindən alındı Ermənistanın səhiyyə nazirinin yeni təyin olunan müavini Samvel Marqaryan keçmiş müdafiə naziri Seyran Ohanyanın bu nazirlikdə işləyən arvadı Ruzanna Xaçatryanın oturduğu kabinetə yerləşib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, nazirlikdə Ruzannanın məzuniyyət olduğu bildirilib.

Xatırladaq ki, Ruzanna Xaçatryan əvvəlki səhiyyə nazirinin müşaviri iləyib.

«Joxovurd» qəzeti Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayandan müşavirin kabinetinin niyə nazir müavininə verildiyini öyrənməyə çalışıb.

«Əgər müşavir vəzifəsindən azad edilməyibsə, niyə kabinetində nazir müavini oturur? Əgər o qayıtsa necə olacaq?» suallarına cavab belə olub:

«Əlbəttə, nazir müavini özü seçdiyi kabinetində qalacaq».

Qəzet bu cavabdan sonra belə qənaətə gəlib ki, keçmiş müdafiə nazirinin arvadını Səhiyyə Nazirliyindən «nəzakətlə rədd ediblər».

Samvel Maraqaryan hazırda Ermənistanda ən qəribə məmur hesab olunur. Çünki o, işə çiyinində tutuquşu və velosipedlə gəlir.

 





02.11.2016    çap et  çap et