İnzibati komitənin qərarına əsasən, «Şəhrdari» klubu 100 milyon rial cərimə ödəməli, tərəfdarları isə növbəti görüşdə stadiona buraxılmamalıdır. Həmçinin qərara əsasən komanda tərəfdarlarının liderlərindən biri mövsümün sonuna, digəri isə mövsümün birinci yarısınadək görüş zamanı stadiona buraxılmayacaq.
Ötən həftə çərşənbə günü «Şəhrdari» komandası Tehranın «Bank-i sərmayə» takımını Urmiyədə qəbul edib. 3:1 hesabı ilə qonaq komandanın xeyirinə yekunlaşan görüşdə minlərlə tamaşaçı «Haray Haray mən türkəm», «Azərbaycan var olsun – İstəməyən kor olsun» və s. kimi şüarlar səsləndiriblər. Bundan sonra Voleybol Federasiyasının İnzibati Komitəsi qondarma ittihamlarla «Şəhrdari» klubu və onun tərəfdarları haqda qərar çıxarıb.