İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, soyadları mediaya açıqlanmayan Şüeyb, Fərhad və Dərviş adlı məhbuslar, noyabrın 1-də həbsxananın ümumi korpusundan təkadamlıq kameraqlara köçürülüb. Məhkəmə proseslərinin təfərrüatı barədə hər hansı bir məlumat yayılmayan məhbusların yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.
Son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə Çindən sonra ikinci yeri tutur.