Güman edilir ki, o, ya hamilədir, ya da hansısa problem üzündən kütlə qarşısına çıxmır. «The Independent» yazır ki, ölkənin birinci xanımı kiçik bacısı ilə mübahisə etdiyi üçün özünə qapanıb.
Xanımın taleyi barədə ən pis ehtimalı düşünən dairələr də var. Kim Çen Inın xəyanətdə ittiham etdiyi doğma əmisini belə tərəddüd etmədən dəhşətli şəkildə edam etdirdiyini nəzərə alsaq, xanımın da eyni aqibətlə üzləşmə ehtimalı var.