Vaxt.Az

Qusarda 13 dərəcə şaxta...


 

...23 sm hündürlükdə qar var

Qusarda 13 dərəcə şaxta... Ötən gün axşam saatlarından başlayaraq, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağıb.

APA-nın verdiyi məlumata görə, şimal bölgəsində ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burda qarın hündürlüyü 22 sm-ə çatıb.

Quba rayonu, Qırız kəndi ərazisinə isə 17 sm-dək qar yağıb. Xınalıqda qarın hündürlüyü 11 sm-ə çatıb.

Ən aşağı temperatur Qırız kəndində qeydə alınıb. Burda temperatur -13 dərəcə şaxta olub.

 





03.11.2016    çap et  çap et