Vaxt.Az

«...Ya da, əksini demək olar»


 

«Özünə hörmət edən alim heç vaxt .... proqnozunu verməz»

«...Ya da, əksini demək olar» «Öncədən havanın soyuq olacağı proqnozunu vermək doğru deyil. Bir alim kimi builki kəskin soyuqlar olacağını söyləyə bilmərəm. 2 ay əvvəldən belə proqnoz vermək ancaq cəsarət tələb edə bilər».

Bunu Modern.az-a açıqlamasında  Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) əməkdaşı  Məhərrəm Həsənov deyib.

Məhərrəm Həsənov  builki qışın daha soyuq keçəcəyi ilə bağlı yayılan informasiyalara da  aydınlıq gətirib.

«NASA alimlərinin builki qışla bağlı proqnozları ilə tanışam. Bu, NASA alimlərinin fikirləridir. Bir alim kimi öncədən belə proqnoz verməyi doğru hesab etmirəm. 1949, 1967, 1972 və 2012-ci illərdə Azərbaycanda ən soyuq qış keçib. 2012-cilin fevralında gecə 11  dərəcə şaxta müşahidə olunub. Sadəcə, soyuq aylar keçəndən sonra 100 ilin ən soyuq qışı, ya da, əksini demək olar. Mənə elə gəlir ki, özünə hörmət edən ciddi alim heç vaxt «bu ilin ən soyuq qışı olacaq» proqnozunu verməz».

 





03.11.2016    çap et  çap et