Vaxt.Az

MKİ Azərbaycanda necə fəaliyyət göstərir?


 

Rusiya mənbələrindən USAİD-lə bağlı inanılma məlumatlar

MKİ Azərbaycanda necə fəaliyyət göstərir? ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) «Alternativ İnkişaf» korporasiyasını (DAİ) maliyyələşdirməyə davam edir. Məlumata görə, USAİD DAİ-yə Ukraynada maliyyə sektorunun inkişafı üçün 9 milyon dollar ayırıb.

ABŞ-ın bu cür qeyri-hökumət təşkilatlarını maliyyələşdirməsi, görünür ki, artıq adət halını alıb. Lakin DAİ ilə bağlı hər şey gözlənildiyi kimi sadə deyil. Belə ki, Qərb ekspertlərinin fikrincə, korporasiyanın layihələri Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatları üçün sığınacaq rolunu oynayır.

Modern.az saytının verdiyi məlumata görə, bu haqda «Lifenews»da dərc olunan məqalədə bildirilib.

Məqalədə göstərilib ki, DAİ strukturlarının postsovet məkanına nüfuz etməsi hələ 1990-cı illərin əvvəllərindən başlayıb.

«Alternativ İnkişaf» ın rəsmi saytında yer alan məlumata görə, qurum ictimai-iqtisadi inkişafın fundamental problemləri ilə məşğul olur. Şirkətin fəaliyyəti Afrika ölkələrini, Mərkəzi və Cənubi Amerikanı, Asiyanın bəzi ölkələrini Yaxın Şərqi əhatə edir. 

Korporasiyanın iqlim dəyişikliyi ilə bağlı layihələrindən biri də Rusiyada, Azərbaycanda, Ukraynada, Belarusda, Gürcüstanda və Moldovada yayılıb. Avropa Komissiyası bu layihənin təşəbbüskarıdır.

Hələ 2009-cu ildə Venesuela və Amerika publisisti Eva Holindjer iddia edirdi ki, DAİ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aiddir. Və öz növbəsində real əməliyyatların sığınacağı üçün bu şirkətdən istifadə edilir.

O yazırdı ki, bu korporasiya Kubada dissidentlər və əksinqilabi qruplarla əlaqə qurmaq üçün mobil telefonlar, kompüterlər və müxtəlif avadanlıqları yayırdı.

2008-ci ildə isə ABŞ Konqresi Kubada «demokratiyaya keçidə yardım» üçün 40 milyon dollar ayrılması proqramını bəyənmişdi. Bu məbləğ USAİD-in nəzarəti ilə DAİ-yə çatıb.

Holindjer qeyd edir ki, müxtəlif müəssisələrin analoji həlqələrindən istifadə etmək, ABŞ siyasətini dəstəkləyən qrupların maliyyələşdirilməsi MKİ-nin sevimli mexanizmidir.

O yazıb ki, 2002-ci ildə Venesuelanın o zamankı prezidenti Uqo Çavesin devrilməsi ilə bağlı uğursuz cəhddən 2 ay sonra DAİ USAİD-in dəstəyi ilə  bu ölkədə yenidən meydana çıxıb.

Daha bir Amerika publisisti Ueyn Medsen də 2014-cü ildə USAİD-in MKİ ilə əlaqəsi haqqında maraqlı iddialarla çıxış edib.

Analitik USAİD-in Boliviyadan qovulmasını xatırladır. Belə ki, Boliviya prezidenti Evo Morales USAİD-i MKİ ilə əlaqə qurmaqda ittiham etmişdi

Medsen keçmiş SSRİ ərazisində MKİ-nin Soros Fondu ilə birgə fəaliyyəti ilə USAİD-in fəaliyyətini uzlaşdırır.

2008-ci ildə Qırğızıstanın devrilmiş prezidenti Əsgər Akayevin qızı Bermet Akayev də bildirirdi ki, USAİD eyni zamanda Soros Fondunu da maliyyələşdirir.

«Lifenews» yazıb ki, USAİD və DAİ-nin fəallığı postsovet məkanında da nəzərə çarpır. Belə ki, USAİD Ukraynanın, Belarusun, Azərbaycanın, Ermənistanın və bir sıra başqa ölkələrin ərazisində qeyri-kommersiya təşkilatlarını maliyyələşdirir. Lakin həmin pulların təyinatı, ona ictimai nəzarət çərçivələri haqqında dəqiq məlumatlar yoxdur.

Rusiyanın Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, polkovnik İqor Korotçenko qeyd edib ki, MKİ-nin müxtəlif hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqəsi dünyanın özü qədər qədim tarixə söykənir.

O əlavə edib ki, Rusiyanın əks-kəşfiyyatı kifayət qədər effektiv fəaliyyəti ilə Qərb xüsusi xidmət orqanlarının iş metodlarını diqqətlə öyrənir, araşdırır.

Xüsusi xidmət orqanlarının tarixini araşdıran Oleq Xlobustov hesab edir ki, USAİD və DAİ-nin arxasında Mərkəzi Kəşfiyyat İdarəsi dayanır.

«Ehtimal ki, bu qurumlarda Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları işləyirlər. Amma unutmaq lazım deyil ki, USAİD dövlət strukturudur və Dövlət Departamenti ilə birgə ABŞ-ın xarici siyasətinin reallaşmasına kömək edir» o belə deyib.

 





03.11.2016    çap et  çap et