Vaxt.Az

Bakının barışdırıcılıq missiyası


 

İsrailli politoloq: «Azərbaycana İranla İsrail arasında vasitəçilik təklif edilə bilər»

Bakının barışdırıcılıq missiyası Baş nazir Binyamin Netanyahunun Azərbaycana səfəri, sözsüz ki, Azərbaycan-İsrail münasibətlərində görkəmli hadisəyə çevriləcək.

Bunu virtualaz.org-a müsahibəsində məşhur israilli politoloq, Tel-Əviv Universitetinin təhlükəsizlik problemləri mili tədqiqatlar institutunun elmi əməkdaşı, İsrailin Rusiyada və Ukraynada keçmiş səfiri Tsve Magen deyib.

Onun fikrincə, iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır və bir çox sahələrdə, o cümlədən müdafiə sahəsində daha sıx əməkdaşlığın qurulmasını zəruri edir.

Ekspert bildirib ki, qonşuları və müsəlman ölkələri ilə heç də həmişə yaxşı münasibətlər qura bilməyən İsrail üçün Azərbaycanla münasibətlər xüsusi önəm kəsb edir. Həmçinin İsraildə çox nüfuzlu Azərbaycan diasporu fəaliyyət göstərir, eyni zamanda Azərbaycanda yəhudi diasporu sülh və əminamanlıq şəraitində yaşayır.

Tsve Magen Azərbaycanın Rusiya və Türkiyə arasında uğurlu vasitəçilik təcrübəsini qeyd edərək bildirib ki. bir sıra regional və geosiyasi münaqişələr öz həllini tapdıqdan sonra Azərbaycana İsraillə İran arasında münasibətlərin normallaşdırılması üzrə vasitəçilik missiyası təklif oluna bilər.

 





03.11.2016    çap et  çap et