Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında MHP sədri Dövlət Baxçalını qəbul edib. «Qafqazinfo»nun verdiyi məlumata görə, Baxçalı görüşə əlində içərisi dolu qovluqla gəlib və onu Ərdoğana təhvil verib.Görüş təxminən 1 saat davam edib.
Türkiyə KİV-də yer alan məlumatlara əsasən, görüş təşəbbüsü Ərdoğan tərəfindən gəlib. O, Konstitusiyada ediləcək dəyişikliyə görə Baxçalıdan da dəstək görmək istəyib. Deyilənə görə, əgər bu dəstəyi görməsə, layihə TBMM-ə təqdim olunmayacaq.
Ekspertlərin fikrincə, Türkiyə prezidenti bir növ, bu görüşlə MHP sədrinin fikirlərini öyrənmək istəyib.
çap et