«Report» xəbər verir ki, bu barədə Obamanın Ağ Ev tərəfindən açıqlanan məktubunda bildirilir.
«Bizim İranla münasibətlərimiz hələ normal məcrasına dönməyib… Bu səbəbdən 14 noyabr 1979-cu ildə elan olunan sanksiyalar rejimi 14 noyabr 2016-cı ildən sonra da davam etməlidir. Mən bununla əlaqədar olaraq İrana qarşı sanksiyalar rejiminin davam etdirilməsi barədə qərar qəbul etdim», - deyə Obamanın məktubunda bildirilir.