Vaxt.Az

...Funt bahalaşıb


 

Məhkəmənin Brexit qərarı ardınca...

...Funt bahalaşıb Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsilə bağlı prosesinin başlanması barədə qərarı Parlament qəbul etməlidir, Londonun Ali Məhkəməsi bildirib.

Bu deməkdir ki, hökumət rəsmi danışıqların başlanması üçün Lissabon müqaviləsinin 50-ci maddəsini müstəqil şəkildə işə sala bilməz.

Tereza May hesab edir ki, referendumun yekunları və hökumətin malik olduğu səlahiyyətlər 50-ci maddənin işə salınması üçün kifayət edən əsasdır.

Bunun konstitusiyaya zidd olduğunu deyən kampaniya üzvləri parlamentin iştirakını tələb edərək məhkəmə iddiasını qaldırıblar.

Hökumətin məhkəmə qərarından apellyasiya şikayəti verəcəyi gözlənilir.

Ali Məhkəmənin hökmü Brexit üzrə rəsmi danışıqların başlanmasını gecikdirə bilər.

23 iyunda keçirilən referendumun nəticəsinə görə seçkiyə qatılanların az qala 52 faizi Avropa İttifaqını tərk etməyə səs verib.

Məhkəmənin qərarından sonra funt sterlinq bahalaşsa da, FTSE 100 aşağı düşüb.

Qərardan sonra bir funt 1.2421 dollar olub, lakin FTSE 100 16 xal itirərək 6,821 xala düşüb.

Avroya qarşı da 1.3 faiz bahalaşan funtun qiyməti 1.1232 avro olub.

 





04.11.2016    çap et  çap et