Vaxt.Az
«Əyil, ayaqqabımdan öp»
Polis idarəsində ictimai fəalı təhqir ediblər
Ermənistan parlamentinin insan haqları və büdcə komissiyalarında İnsan Haqları Müdafiəçisi ofisinin gələn ilə büdcəsi müzakirə olunanda Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyasının sədri Naira Zöhrabyan ombudsman Arman Tatoyana sual verib ki, bu ilin iyul hadisələri vaxtı bir çoxları nümayişdə yalnız iştirak etmişdi, onları isə həbs etdilər. Həbsdə isə Davidaşen polis idarəsində ictimai fəal David Sanasaryanı alçaldıblar. Ona deyiblər ki, «əyil, ayaqqabımdan öp». «Bu hadisə ilə bağlı sizin və bizim bəyanatlardan sonra vəziyyət necədir?» - deputat soruşub.
Tatoyan deyib ki, iyulda insanları doğrudan da kifayət qədər
əsas olmadan tuturdular. David Sanasaryan və digər ictimai fəallara qarşı
alçaltmalar barəsində Xüsusi İstintaq Xidməti cinayət işi açıb. Bu barədə hələlik
yalnız budur. Bunu yazan Aravot qəzeti qeyd edir ki, cavab Zöhrabyanı
qane etməyib. O deyib ki, aradan keçən vaxt məsələni araşdırmağa kifayət idi.
04.11.2016 çap et