Vaxt.Az

Cəmi 8 bank


 

İpoteka təklif edənlərin sayı azalır

Cəmi 8 bank «Azərbaycan İpoteka Fondu» ASC-nin (AİF) xətti ilə ipoteka krediti verən bankların sayı 26-dan 8-ə düşüb. Modern.az saytı xəbər verir ki, bu barədə «Trend»ə Fonddan məlumat verilib. İndi AİF-in səlahiyyətli bankları qismində Xalq Bank, AGBank, PAŞA Bank, Bank Avrasiya, Kapital Bank, Bank BTB, NBC Bank və Azər Türk Bank iştirak edir.

İpoteka krediti verən bankların sayının azalma səbəbləri açıqlanmayıb. 

Bundan başqa, AİF 2 qiymətləndirmə təşkilatı və 4 sığorta təşkilatı ilə çalışacaq. Əvvəl bu göstərici, müvafiq olaraq, 16 və 18-ə bərabər idi.

 





04.11.2016    çap et  çap et