İrandan Türkiyəyə nəql olunan elektrik enerjisi noyabrın 4-dən etibarən kəsilib. Bu barədə Türkiyə KİV İran Energetika Nazirliyinə istinadla məlumat yayıblar. Məlumatda bildirilir ki, İranın qonşu ölkəsinə ixrac etdiyi elektrik enerjisi nəqlində yaranan fasilə Türkiyə tərəfinin aidiyyəti üzrə 200 milyon ABŞ dolları məbləğində borcu ilə bağlıdır.