İlk hadisədir ki, OPEC bazardakı kvotalarını dəyişməyə cəhd edir. Əslində bunun üçün də iqtisadi səbəblər çoxdur. Çünki, bazarda təklif kifayət qədərdir. Bu təklifi azaltmaq lazımdır ki, neftin komfortlu qiymət diapazonuna keçid baş versin. Hasilatı 700 min barel azaltmasalar, bu mümkünsüzdür. Bunun uzun müddətli olmasa da müəyyən müddət təsir etmək imkanı var. Yəni, 50-55 dollar səviyyələrində bazarda qiymətləri saxlamaq imkanı var».