Respublikaçı namizəd Donald Tramp isə Nyu Hempşir, Ohayo və Pensilvaniya yürüşlərinə qatılacaq.
Rəy sorğuları seçicilərin namizədlərin kampaniyalarından bezdiyini göstərir. Lakin Seçki Layihəsi erkən seçiklərdə 36.5 milyon insanın iştirak etdiyini bildirib.
Namizədlər Ağ Ev üçün ən yararlı şəxs olduqlarına seçicilərini əmin etməyə çalışır.
Dünən ABŞ prezidentliyinə namizədlər diqqətlərini noyabrın 8-də keçiriləcək seçkilərdə həlledici rol oynayacaq iki ştata - Şimali Karolina və Floridaya yönəltmişdi.
Respublikaçı namizəd Donald Tramp Pensilvaniya və Şimali Karolinaya yola düşməzdən əvvəl Floridanın Ceksonvill şəhərində seçicilərlə görüşüb.
O, Klintonu milli təhlükəsizlik məlumatlarından şəxsi elektron poçtunda istifadə etməklə kriminal əməllərdə günahlandırıb.
Klintonu Floridanın Mayami şəhərində təmsil edən ABŞ prezidenti Barak Obama Trampın birmənalı şəkildə prezidentliyə yararsız olduğunu bildirib.