«Mən hüququ tanımıram, Türkiyə məhkəmələrini tanımıram, kimsə məni ifadə verməyə apara bilməz» desən aparıb ifadəni alarlar». Modern.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.Xalqların Demokratik Partiyasından (HDP) seçilən millət vəkillərinin həbsindən danışan nazir bütün günahları bir başa deputatlarda bilib:
«Toxunulmazlıqlarının ləğvindən sonra bəzi millət vəkilləri məhkəmələrə dəvət edilib. HDP-çi deputatlar isə dəvətləri rədd ediblər.
Hər kəs məhkəmə qarşısında ifadə verməli, məhkəmə qərarına
hörmətlə yanaşmalıdır».
Mövlud Çavuşoğlu saxlanılan deputatlardan bəzilərini PKK terror təşkilatına
silah verməkdə ittiham edib:
«HDP-ni təmsil edən bələdiyyə sədrləri dövlət büdcəsindən ayrılan pulları PKK-ya verir. Əhaliyə xidmət üçün nəzərdə tutulan və alınan texnikadan PKK-nın bomba yerləşdirməsi, mina basdırması, xəndək qazması üçün istifadə edilir».
çap et