Vaxt.Az

Prezident üzr istədi


 

Cənubi Koreya lideri dini icma üzvü olması iddiasını isə inkar etdi

Prezident üzr istədi Cənubi Koreyanın prezidenti Park Gun-hyenin rəhbərliyi ətrafında yaranmış qalmaqal böyüdükcə o, dini icma üzvü olduğunu inkar edib. Televiziya ilə müraciətində o, dostunun dövlət işlərinə qarışmasına icazə verdiyi üçün üzr istəyib.

Ölkə başçısı qalmaqala görə dindirilməyə hazır olduğunu bildirsə də, istefasını təklif etməyib.

«İttihamlar var idi ki, mən dini icmadanam və ya Göy Evdə (şaman ritualları) rituallar etmişəm, amma demək istəyirəm ki, bunlar tamamilə doğru deyil», o əlavə edib.

Çoi Son-sil prezidentlə dostluğundan rəhbərlik etdiyi qeyri-kommersiya fonduna ianələr toplamaq üçün istifadə edib.

Xanım Çoi hazırda həbsdədir və hakimiyyətdən sui-istifadədə və fırıldaqçılıqda ittiham edilir.

Əsas müxalifət partiyası bildirib ki, prezidentin üzrxahlığı səmimi deyil və onu istefa verməyə çağırıb.

Cümə günü paytaxt Seulun mərkəzində xanım Park-ın istefasını tələb edən etirazçılarla polis arasında qarşıdurma yaşanıb.

 





05.11.2016    çap et  çap et