Vaxt.Az

Misirin pulu da «üzən məzənnəyə» buraxıldı


 

«Sisi hökumətinin təzyiq altına düşəcəyi qaçılmazdır»

Misirin pulu da «üzən məzənnəyə» buraxıldı «The Guardian» yazır ki, Misir özünün milli valyutasının dəyərinin 48 faizini ləğv edib, başqa sözlərlə onu «üzən məzənnəyə» buraxıb. Məqalədə deyilir ki, bu, ölkənin Beynəlxalq Valyuta Fondundan qarşıdan gələn üç ildə 12 milyard dollar kredirt almasının əsas şərti idi.

Beləliklə indi 1 dollar 13 Misir funt sterlinqinə bərabərdir. İndiyədək 1 dollar 9 Misir funtu idi.

Beləliklə Misirin son onilliklərdəki tarixində ilk dəfə olaraq ölkənin milli valyutasının dəyərini bazar alqı-satqısı müəyən edəcək.

«The Guardian» yazır ki, bu tədbirin ölkədəki əmtəə qiymətlərini qaldıracağı və prezident Abdel Fattah əl-Sisi hökumətinin təzyiq altına düşəcəyi qaçılmazdır.

2014-cü ildə prezident kürsüsünə əyləşən general əl-Sisi deyib ki, o yoxsulları inflyasiyadan qorumaq üçün əlindən gələni edıcık.

Onun göstərişi ilə yoxsul ailələrə şəkər və düyü kimi gündəlik tələbat mallarının yarı qiymətə satılması təmin edilməlidir.

Ölkənin ən böyük maqnatlarından Naquib Saviris «Twitter» hesabından yazıb ki, Misir milli valyutasının «üzən məzənnəyə» buraxılması əla addım olub.

Beynəlxaql Valyuta Fondunun Misirin üzərinə qoyduğu şərtlərdən biri də yanacağa dövlət subsidiyalarının dayandırılmasıdır.

Hökumət artıq indidən kartoçkalarla alınan şəkərin qiymətini 40 faiz qaldırıb.

Əhalini sakitləşdirməyə çalışan hökumət elan edib ki, ayrı-ayrı fərd və şirkətlərin bank əmanətləri qorunub saxlanacaq.

Banklara hər gün axşam saat 9-dək xarici valyutanın alqı-satqısına icazə veriləcək.

 





05.11.2016    çap et  çap et