Baş nazir bildirib ki, yol yaxınkən HDP yanlış yoldan qayıtmalıdır: »Parlamentə gəlin, fikrinizi ifadə edin. Siz milli iradəni tanımasanız, millət də sizi tanımaz». B. İldırım xatırladıb ki, bir zaman hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanılması məsələsi gündəmə gələrkən, AKP məhkəmədə özünü müdafiə edib: «Biz prokurorluğu, məhkəməni tanımadığımızı bəyan etmədik. AKP məhkəmədə özünü müdafiə etdi və partiyamızın bağlanmaması barədə qərar çıxarıldı. Əgər prokurorluq HDP deputatlarını ifadə vermək üçün çağırırsa, biz hüquq dövlətində yaşayırıq, gedib ifadə verəcəksiniz. Əgər getməyəcəksinizsə, hüquq dövlətində lazımi addım atılacaq. Hüquq dövlətində səhv edən buna görə cavab vermək məcburiyyətindədir. Terror təşkilatına dəstək verən, dövlət vəsaitini terror təşkilatının maliyyələşdirilməsinə yönəldənlər, bələdiyyə texnikası ilə şəhərlərdə küçələri qazdıranlar bunun qarşılığını görəcək, cəzalandırılacaqlar».
Qeyd edək ki, terror fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində partiyanın iki həmsədri də daxil olmaqla, HDP-nin 9 deputatı həbs edilib. HDP bu gün Bu gün Türkiyə Böyük Millət Məclisində fəaliyyətini dayandırdığını bəyan edib. HDP deputatlarının sayına görə parlamentdə üçüncü partiyadır.