Vaxt.Az

Tramp səhnədən düşürüldü


 

Respublikaçıların namizəd nitqini qəfil kəsməli olub

Tramp səhnədən düşürüldü Respublikaçıların namizədi Donald Tramp Nevada ştatında yanlış xəbərdarlıqdan sonra səhnədən düşürülüb. Təhlükəsizlik xidməti həmçinin əlində «Respublikaçılar Trampa qarşı» yazılmış şüar tutmuş kişini saxlayıb; güman edilirmiş ki, kişidə silah var.

Dəqiqələr sonra cənab Tramp səhnəyə qayıdıb.

Respublikaçıların namizədi söyləyib ki, o demokratların «ştatları»nı da hədəfə alacaq. Yəni o, 1972-ci ildən bəri respublikaçılara səs verməyən Pensilvaniya, Miçiqan və Minnesota ştatlarını ziyarət edəcək.

Şənbə günü axşam cənab Tramp Reno şəhərində auditoriyada nəsə gördükdən sonra nitqini dayandırıb.

Bundan sonra iki təhlükəsizlik agenti sürətlə onu səhnədən düşürüb. Eyni zamanda etirazçı kişi axtarılıb.

Cənab Tramp səhnəyə yenidən qayıdanda deyib: «Heç kim deməyib ki, bizim üçün asan olacaq... Məxfi Xidmətə təşəkkür edirəm».

Məxfi Xidmət bildirib ki, kimsə səhnənin qarşısında «silah» deyə qışqırıb, amma «axtarışlar zamanı silah tapılmayıb».

Etirazçı Oustin Crites deyib ki, şüarı çıxardıqdan sonra ona hücum edilib.

«Mən təkrar edirdim - Silahım yoxdur, təkcə şüarım var», o hadisədən sonra söyləyib.

Hadisə ABŞ-da prezident seçkilərinin səsvermə gününə iki gün qalmış baş verib.

 





06.11.2016    çap et  çap et