Rusiya KİV-ləri xəbər verir ki, Klintonu zəif və pis adlandıran Jirinovski Donald Trampın həm ABŞ, həm də Rusiya üçün ən yaxşı variant olduğunu bildirib.
«Əziz, Hillari. ABŞ-ın prezidenti olmayın! Bu, bütün dünyanın, bütün insanlığın, Avropanın, Rusiyanın, Afrikanın, Asiyanın və əksər amerikalıların fikridir. Donald Trampa salam olsun! O, Birləşmiş Ştatların prezidenti olacaq. Sən Yaxın Şərqdə, Avropada və Rusiyada sülh istəmirsən», - deyə Jirinovskinin müraciətində qeyd edilib. (azvision.az)