«Neftçi»nin uğuruna hədsiz sevindiyini bildirən Çingiz Abdullayev komandasından bu qələbəni gözlədiyini vurğulayıb: «Sevincdən az qala ürəyim partlayır. Son zamanlar bir qədər zəif oyun sərgiləyən komanda bu gün öz sözünü deyib. Bu 3 xal «Neftçi» üçün çox vacib idi. Bu gün daha çox yerli oyunçulara üstünlük verilmişdi. Onlar da yaşıl meydanda özlərini doğrultdular. Bundan sonrakı oyunlarda da yerli oyunçulara üstünlük veriləcək. Ümid edirəm ki, komandamız qarşıdakı oyunlarda da ona olan inamı doğruldacaq».