Məlumata əsasən, bir-birinin ardınca törədilən iki hücum nəticəsində 2 dinc sakin və 1 BMT sülhməramlısı ölüb, daha 7 əsgər yaralanıb. Əvvəl əsgərlərin olduğu hərbi konvoy ərazidən keçdiyi zaman partlayıcı qurğu işə düşüb, daha sonra BMT missiyasının binası atəşə tutulub.
İnsidentə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə 11,2 min hərbçi və 1,44 min polis yerləşdirilib. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti də yer alır.