Buna görə də bankların reklamına inanmayın. Ay nə bilim, kapitalı artırdıq, bunu etdik, ona nail olduq və s. Hamısı boş şeydir, əgər bank hesabatını gizlədirsə. Təəssüf ki, Maliyyə Bazarlarına Nəzarət Palatası da indiyədək bankların hesabatlarının açıqlanmasına nail ola bilməyib. Belə adi bir şeyin öhdəsindən gələ bilməyən Palata digər problemləri necə həll edəcək?!
Yaxşı xəbər yalnız odur ki, bu rübdə ölkəmizin ən şəffaf bankı məlum olub: «Bank
Avrasiya». Digərlərindən fərqli olaraq, bu bank hesabatları qanunvericiliyin tələbinə
uyğun olaraq rübdə deyil, ayda bir dəfə açıqlamağa başlayıb. Təqdirəlayiqdir!
Təsnifat 4 qrupdan ibarətdir:
1) hesabatı müntəzəm gizlədənlər,
2) hesabatı ilk dəfə açıqlamayanlar,
3) hesabatı uzun fasilədən sonra açıqlayanlar;
4) hesabatı dərc edənlər.
I qrup – hesabatlarını müntəzəm gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozan 21 bank: «Accessbank», «AGBank», «Amrahbank», «AtaBank», «Bank VTB», «Bank Respublika», «Bank BTB», «Dəmirbank», «Expressbank», «Günaybank», «KapitalBank», «Muğanbank», «Nikoyl Bank», «NBC Bank», «Naxçıvanbank», «PaşaBank», Pakistan Milli Bankının Bakı filialı, «Rabitəbank» və «XalqBank». Bunlar ən etibarsız banklardır. Bu qrupa həmçinin Azərbaycan Beynəlxalq Bankı və «AzərTürkbank» da aiddir. Lakin bu iki bank dövlət bankı olduğu üçün və dövlət vətəndaşların oradakı vəsaitinə təminatçı olduğu üçün qanun pozuntusu olan hesabatın açıqlanmaması onların etibarsızlığına dəlalət etmir.
II qrup – rüblük hesabatını ilk dəfə açıqlamayan «Turanbank». Ötən rübün hesabatına görə bu bankın 0,8 mln. manata yaxın zərəri var idi. Yəqin, vəziyyət daha da pisləşib ki, bu bank hesabatını gizlətmək qərarına gəlib.
III qrup – uzun fasilədən sonra hesabatı
açıqlayan 2 bank:
1. «Bank of Baku»: ötən ilin IV rübündən
başlayaraq bu bank hesabatları dərc etməməyə başlamışdı. Səbəbi indi bəlli
oldu. Belə ki, ötən ilin III rübünü 44 mln. manatdan çox xalis mənfəətlə başa
vurmuş «Bank of Baku» son rübü 14 mln. manata yaxın zərərlə başa vurub. Belə ki,
bu bankın bəyan etdiyi real kapitalı hazırda 50,552 mln. manatdır. Qeydə
aldırdığı nizamnamə kapitalı isə 52,870 mln. manatdır. Beləliklə, bank qanunu
pozaraq nizamnamə kapitalının azaldılması tələbinə riayət etmir və 1 il ərzində
46 mln. manatdan çox pul itirib.
2. «Unibank»: ötən ilin II və III rübləri üzrə hesabatları tam dərc etməməyə (elə indi də «Bank of Baku»dan fərqli olaraq hesabatı tam açıqlamayıb), IV rübündən başlayaraq isə heç dərc etməməyə başlamışdı. Səbəbi indi bəlli oldu. Bu bank ağır itkilərə məruz qalıb. Belə ki, 2014-cü ili 55 mln. manatdan çox xalis mənfəətlə başa vuran Unibank son rübü təxmini 1,5 mln. manat zərərlə başa vurub (yəni hesabatları gizlətdiyi dövr ərzində 56,6 mln. manat pul itirib!). Belə ki, bu bankın bəyan etdiyi real kapitalı hazırda 69,113 mln. manatdır. Qeydə aldırdığı nizamnamə kapitalı isə 70,565 mln. manatdır. Beləliklə, bank qanunu pozaraq nizamnamə kapitalının azaldılması tələbinə riayət etmir. Bu bankın yol verdiyi digər qanun pozuntuları barədə də dəfələrlə məlumat vermişəm. Məsələn, onun Müşahidə Şurasının tərkibində 2 qardaş var, halbuki qanun bunu yasaq edir və s. və i.a.
IV qrup – hesabatlarını dərc edən 8
bank:
1. «Azərbaycan Sənaye Bankı» – 19
mln-dan çox xalis mənfəəti var (ötən rübdə 17 mln-dan çox idi).
2. «Caspian Development Bank» – 19
mln-dan çox xalis mənfəəti var (ötən rübdə 14 mln-dan çox idi).
3. «YapiKrediBank» – 14 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 13 mln-dan çox idi), amma sırf cari ildə
5 mln-dan çox zərərə məruz qalıb.
4. «AFB Bank» – təxmini 13 mln. xalis mənfəəti
var (ötən rübdə 8 mln-dan çox idi).
5. «Ziraat Bank» – təxmini 9 mln. xalis
mənfəəti var (ötən rübdə təxmini 7 mln. idi).
6. «Bank Silk Way» – 7 mln-dan çox xalis
mənfəəti var (ötən rübdə 1 mln-dan çox idi).
7. Bank Avrasiya: 6 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 4 mln-dan çox idi). Yuxarıda qeyd edildiyi kimi, bu bank digərlərindən fərqli olaraq hesabatları rüblük deyil, aylıq açıqlamağa başlayıb.
8. Bank Melli İran Bakı filialı – 15 mln-dan çox zərəri var (ötən rübdə 0,5 mln. manat zərəri var idi), məcmu kapitalı barədə məlumatı açıqlamayıb (görünən odur ki, məcmu kapital tələbini – 50 mln. manat – də pozur).
Sonda bir daha vurğulamaq istəyirəm ki, savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. Maliyyə göstəricilərindən belə asılı olmayaraq. Özünüzdən və pulunuzdan muğayat olun!