S.Novruzov qeyd edib ki, referendumdan əvvəl müxalifət xarici dairələrin və erməni lobbisinin tapşırıqlarını yerinə yetirirdi: «5-10 manat pul almışdılar və Azərbaycanın haqlı işinin əleyhinə qeyri-qanuni təbliğat, təşviqat apardılar. Çünki təşviqat qrupu yaratmamışdılar. İstədilər ki, ağaları fəaliyyətdə olduqlarını görsünlər. Bir-iki mitinq keçirdilər, ona da çox az sayda insan toplaşmışdı. Bunun nəticəsində verilən pulları bölüşdürdülər və «qış tətili»nə getdilər. O vaxt da demişdim ki, bunların fəaliyyəti mövsümidir».
S.Movruzov bildirib ki, müxalifətin sosial bazası, elektoratı yoxdur: «Mitinqə topladıqları da pul ilə yığdıqları adamlardır. 5-10 nəfər qohum-əqrəbalarından başqa, onları heç kim dəstəkləmir. Hətta bəzən qohum-əqrəbaları da onların əleyhinə çıxırlar. Çünki xalq bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatları, iqtidarın apardığı siyasəti görür, anlayır. Müxalifətin isə dediyi ancaq boş sözlər, mənasız fikirlər və 90-cı illərdən qalmış düşüncə tərzidir. Bu baxımdan da ətraflarında heç kim yoxdur. Bunlar hətta milli şura adlanan dərnəkdə bir yerə toplana bilmirlər».