Vaxt.Az
Rejim fəallara qənim kəsilib
İbrahim Nuri və Əkbər Cahangiri Əhər Şəhəri İnqilab Məhkəməsinə çağırılıb
Azərbaycanlı milli-mədəni fəallar İbrahim Nuri və Əkbər Cahangiri Əhər Şəhəri İnqilab Məhkəməsinə çağırılıb. Hər iki fəalın ölkə təhlükəsizliyini pozmağa cəhd göstərməkdə ittiham olunduğu bildirilir. Çağırış vərəqəsinə əsasən fəallar noyabrın 15-də Əhər Şəhəri İnqilab Məhkəməsinə müraciət etməlidir.
Adları çəkilən fəallar iyunun 30-u «Qüds» günü ərəfəsində Əhərin
təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, bir neçə saat sonra sərbəst
buraxılıblar.
Ötən günlərdə isə tanınmış azərbaycanlı milli-mədəni fəal
Abbas Lisani Ərdəbil Məhkəməsinə çağırılıb. Noyabrın 3-də azərbaycanlı fəalın
ailəsinə təhvil verilən çağırış vərəqəsində fəalın Ərdəbil İnqilab Məhkəməsinin
1-ci Şöbəsinə müraciət etməsi üçün 5 gün möhlət verilib.
08.11.2016
çap et