Xanim çantasını polislərə verib və bu zaman polislər çantada koalanı aşkar ediblər. Qadın bildirib ki, o bu koalanı tapıb və onun qayğısına qalıb.
Görünüşünə görə 6 aylıq olan koalanın çəkisi cəmi yarım kilodur. Polislər koalanı Alfred adlandırıblar.
Alfred hazırda Brisbendəki polis məntəqəsindədir. O, rəsmi himayədara təhvil veriləcək.
Avstraliyada koalalar qanunvericiliyin himayəsi altındadır. Bu heyvanların populyasiyası bəzi rayonlarda bərpa olunsa da, onların ovlanması əvvəlki kimi qadağandır.
Rəhbərlik koala aşkarlayan vətəndaşlardan xüsusi telefon vasitəsiylə məlumat vermələrini xahiş edib. Həmçinin koalanın evdə saxlanılmasına icazə verilmir.