Vaxt.Az

«Əlaqələrin genişlənməsində maraqlıyıq»


 

Əli Hüseynli Arif Rəhimzadənin yerinə keçdikdən sonra xeyli irəliləyiş var

«Əlaqələrin genişlənməsində maraqlıyıq» «Əli Hüseynli Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər gələndən sonra hər iki ölkə parlamentinin əlaqələrində xeyli canlanma yaranıb».

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, işçi qrupunun yeni rəhbəri Əli Hüseynli hər iki ölkənin parlamentləri arasındakı münasibətlərdə yeni müsbət tendensiya yaradıb:

«Əli müəllim qrupun rəhbəri kimi yeni vəzifəsinə başlayandan Rusiya və Azərbaycan parlamentləri arasındakı münasibətlərdə müsbət tendensiyalar müşahidə olunur.

Əli Hüseynli gənc və savadlıdır, Rusiyada təhsil alıb. Rusiya siyasi elitasını daha yaxşı tanıyır. Əli müəllim əvvəllər də Rusiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü kimi hər zaman Rusiya ilə əlaqələrdə çox fəal olub. İndi də çox aktivdir. O həm dostluq qrupunda və həm də Rusiyaya səfərlərində Azərbaycanın mövqeyini çox yüksək səviyyədə müdafiə edir».

Aydın Mirzəzadə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bugünkü fəaliyyətindən də danışıb: «Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə yanaşı bütün deputatlar Rusiya ilə əlaqələrin yaxşı olmasında, əlaqələrin genişlənməsində çox maraqlıdır.

Prinsipcə, biz dostluq qrupunu ancaq üzvlərimizdən ibarət hesab etmirik. Dostluq qrupunun geniş fəaliyyəti var. Vaxtaşırı dostluq qrupu Rusiya parlamentinə, Rusiya parlamentinin üzvləri Azərbaycan parlamentinə səfərlər edirlər.

Şəxsi münasibətlər yaranıb. Hər iki ölkədə baş verənlərlə, ölkələr üçün maraq doğuran məqamlarda bağlı bir-birimizi məlumatlandırır, onların da mövqeyini öyrənirik. Dostluq qrupundakı rusiyalı deputatlar Azərbaycana dost münasibəti bəsləyən insanlardır. Onlar Dağlıq Qarabağ problemindən və ölkəmizin qazandığı nailiyyətlərdən xəbərləri var».

Qeyd edək ki, bu günə qədər uzun illər idi ki, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Arif Rəhimzadə rəhbərlik edirdi.

 





08.11.2016    çap et  çap et