V.Martirosyan Azərbaycanın müxtəlif rayonlarında müqəddəs erməni ziyarətgahlarının olduğunu və onların mühafizə edildiyini bildirib: «Ermənistanda isə vəziyyət tamamilə bunun əksidir - məscidlər dağıdılır, Azərbaycanla bağlı tarix yenidən yazılır».
O qeyd edib ki, Qarabağ münaqişəsindən ən çox Azərbaycan və erməni xalqı əziyyət çəkir.
«Əminəm ki, tezliklə addımlarımızın ilk nəticələrini görəcəyik. Ermənistanda Qarabağ müharibəsinin ailəsinə bir damla sevinc və xoşbəxtlik gətirdiyini deyən ağlı başında heç kimi tapa bilməzsiniz. Yalnız münaqişədən mənfəət əldə edənlər istisnadır. Onların sayı isə 500 nəfərdir. Məhz elə onlar da Haaqa tribunalına çıxarılmalı və insanlığa qarşı cinayətlərinə görə sorğulanmalıdırlar», - deyə V.Martirosian bildirib.
V.Martirosyan 2015-ci ilin oktyabrında Ermənistandakı təzyiqləri əsas götürərək, ailəsi ilə Bakıya gəlmişdi. 2016-cı ilin aprelində üçüncü ölkəyə yola salınıb.